USD 1.7
EUR 1.8914
TRY 0.2499
RUB 0.0247
  • Bakı 26°C
  • ŞUŞA 26°C
  • GƏNCƏ 27°C
  • LƏNKƏRAN 28°C
  • ŞƏKİ 28°C
  • QUBA 28°C
  • NAXÇIVAN 31°C

2 ədəd təlim məqsədli tank əleyhinə mina tapılıb

SOSİAL

Mətn ölçüsü

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 3-də Tərtər rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə məlumat yayıb.
ANAMA-dan News24.az -a bildiriblər ki, avqustun 3-də saat 11:49-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə yol kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli tank əleyhinə TM-62M minası aşkar olunaraq, Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbəri paylaş: