USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 21°C
  • ŞUŞA 14°C
  • GƏNCƏ 22°C
  • LƏNKƏRAN 20°C
  • ŞƏKİ 19°C
  • QUBA 19°C
  • NAXÇIVAN 14°C

Olimpiada kompüter elmlərin gələcək liderlərini bir araya gətirir - HAFİZ PAŞAYEV

SOSİAL

Mətn ölçüsü

Baxışımız bölgədəki elmi araşdırmalar və innovasiyalar üçün inkişaf mərkəzinə çevrilməkdir və bu məqsədlə universitetimizə yaxın bir sahədə Elm Düşərgəsini (Kəndini) qurmağı planlaşdırırıq. Böyük Məlumat Təhlili üzrə Tədqiqatlar Mərkəzimiz artıq ölkədəki gənc istedadların diqqətini qazanıb".

News24.az-ın xəbərinə görə, bunu İnformatika üzrə 31-ci Beynəlxalq Olimpiadanın açılış mərasimində ADA universitetinin rektoru Hafiz Paşayev bildirib.

O qeyd edib ki, ADA Universiteti bölgədə sürətlə böyüyən bir ali təhsil müəssisəsidir: "İT və Mühəndislik Məktəbimiz, "biliklərə əsaslanan iqtisadiyyat" ın inkişafı üçün çox əhəmiyyətli rola malik İT sahəsində gənc mühəndis, proqramçı və mütəxəssis yetişdirmək məqsədi ilə yaradılıb. Məzunlarımız Google, Oracle, Microsoft kimi qlobal texnoloji şirkətlərdə işləyir və yerli İT sənayesinin inkişafına kömək edir. Hər il biz, biznes ideyalar müsabiqəsi və start-up yarışları keçiririk və yeni uğur hekayələri ortaya çıxarmaq üçün gənclərin ən yaxşı fikirlərini dəstəkləyirik. Bu il də İnformatika fənnindən Milli Olimpiadasının yarımfinal və finalına ev sahibliyi etdik.

Bu tədbiri Azərbaycanda keçirmək və sizi paytaxt Bakıda, Xəzər dənizinin sahilində salamlamaq bizim hamımız üçün və xüsusən də ADA Universiteti üçün böyük şərəfdir. İnformatika üzrə beynəlxalq olimpiada gələcək kompüter elmləri və İT sənayesinin gələcək liderlərini bir araya gətirir. Bu gün auditoriyada təmsil olunan insanlar gələcək 10-15 ildə texnoloji inkişafın istiqamətlərini və gündəliyini formalaşdıracaqlar və buna görə də, bu tədbirə ev sahibliyi etmək həm təhsil, həm də İT sektoruna Azərbaycanın dərin maraq, qayğı və dəstəyinin göstəricisidir".

H.Paşayev onu da əlavə edib ki, yaxın günlərdə Bakı şəhərindəki "ağıllı" və "yaşıl" şəhərciyimizi ziyarət etmək və akademik və tədqiqat proqramları haqqında daha çox məlumat əldə etmək şansı olacaqdır:" Ümid edirəm ki, bu ziyarətdən zövq alacaqsınız və ADA Universitetində təqaüd imkanları haqqında daha çox məlumat əldə edəcəksiniz. İnanıram ki, Bakıda unudulmaz bir yay keçirəcəksiniz və bu müsabiqə hamınızı sevindirəcəkdir".

Afaq Mirayiq


Xəbəri paylaş: