Bakının mərkəzində TƏHLÜKƏ ANI - Ağac bu vəziyyətə DÜŞDÜ - FOTO - VİDEO
    • 6-08-2019, 13:30
    • 752

Bakının mərkəzində TƏHLÜKƏ ANI - Ağac bu vəziyyətə DÜŞDÜ - FOTO - VİDEO

Bakının mərkəzi küçəsində ötən gün əsən güclü küləyin yaratdığı fəsad hələ də aradan qaldırılmayıb. 

News24.az xəbər verir ki, Nizami kinotetarı ilə üzbəüz yolda - Əlövsət Quliyev küçəsində küləyin təsirindən kökündən çıxan və budaqları qırılan ağac avtomobilərin hərəkətinə mane olur. Ağac dünəndən etibarən asılı vəziyyətdə qalaraq ciddi təhlükə yaradır. Hər an kiminsə başına və ya hansısa maşının üzərinə düşə biləcək ağacla bağlı hələ ki müəyyən tədbir götürülməyib. 

Bakı şəhər İcra Hakimiyyəti məsələylə bağlı News24.az vasitəsi ilə məlumatlanıb. Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov News24.az-a məsələylə bağlı operativ ölçü götürüləcəyini deyib: "Bu dəqiqə əməkdaşlarımız həmin əraziyə göndərilir. Dünəndən etibarən bir çox müraciətlər daxil olub və anında ölçü götürülüb. 50-yə yaxın müraciətə baxılıb və həll olunub". 

Teymur Məmmədov
Video- Foto: Fərid Şabanov