Bayrağımızın tərsinə qoyulması nazirin xoşuna gəlmədi Dərhal düzəltdi
    • 6-08-2019, 23:14
    • 810

Bayrağımızın tərsinə qoyulması nazirin xoşuna gəlmədi Dərhal düzəltdi

Türkiyənin Ordu şəhərində fındıqçılığın inkişafına dair beynəlxalq tədbir keçirilib.
News24.az  xəbər verir ki, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov da tədbirdə iştirak edənlər arasında olub.
Tədbir zamanı qonaqların əyləşdiyi masada Azərbaycan dövlət bayrağının tərs qoyulması Kərimovun diqqətindən yayınmayıb. O, bayrağı götürərək lazım olduğu qaydada düzəldib.