Bakı-Sumqayıt qatarı niyə ləngiyir? - SƏBƏB
    • 9-08-2019, 10:33
    • 578

Bakı-Sumqayıt qatarı niyə ləngiyir? - SƏBƏB

Hava şəraiti ilə əlaqədar qatarlarının hərəkətinə surət məhdudiyyəti qoyulub

“Azərbaycan Dəmir Yolları” QSC-dən News24.az-a verilən məlumata görə, kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

Ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə surət məhdudiyyətinin qoyulmasıdır.