Qurban bayramında AQTA laboratoriyaları PULSUZ XİDMƏT GÖSTƏRƏCƏK
    • 9-08-2019, 12:14
    • 814

Qurban bayramında AQTA laboratoriyaları PULSUZ XİDMƏT GÖSTƏRƏCƏK

Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz xidmət göstərəcək.

News24.az xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri – Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə, heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək:

“Daimi kəsim məntəqələri və çadrtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq. Normal günlərdə isə AQTA-nın laboratoriyalarında müayinə üçün
iribuynuzlu heyvanlarda 5 manat, xırdabuynuzlu heyvanlarda isə 4 manat dövlət rüsumu ödənilir”.

Afaq Mirayiq

Foto: Fərid