Bayramı günlərində kəsim məntəqələri pulsuz dezinfeksiya olunacaq - NAZİRLİK
    • 9-08-2019, 12:42
    • 836

Bayramı günlərində kəsim məntəqələri pulsuz dezinfeksiya olunacaq - NAZİRLİK

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Qurban bayramı günlərində həyata keçiriləcək dezinfeksiya işləri ilə bağlı açıqlama verib.

News24.az-ın məlumatına görə, KTN yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, Qurban bayramı ərəfəsində nazirlik tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq:
“Biz həmişə Qurban bayramı ərəfəsində yaradılan ət kəsimi məntəqələrdə təmizlik və dezinfeksiya işləri aparırıq. Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə ödənişsizdir. Məqsədimiz hər hansı infeksion xəstəliklərin yoluxmasının qarşısını almaqdır. Buna görə də bayram günlərindən sonra çadırtipli kəsim məntəqələri yığışdırılanda da ərazidə yenidən təmizlik işləri aparılacaq”.

Şöbə müdiri vurğulayıb ki, KTN tərəfindən həyata keçirilən dezinfeksiya işləri ilə bağlı göstərilən xidmət fərdi qaydada müraciət edən vətəndaşlar üçün ödənişlidir: “Əgər vətəndaş özü dezinfeksiya işləri ilə bağlı bizə müraciət edirsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır”.