Bayramda 56 avtovağzaldan 72 922 SƏRNİŞİN DAŞINDI
    • 13-08-2019, 11:45
    • 736

Bayramda 56 avtovağzaldan 72 922 SƏRNİŞİN DAŞINDI

Bu günə qədər Azərbaycanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72 922 nəfər sərnişin daşınıb.

News24.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bayramın ilk günlərində ən çox sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Son 5 gündə regionlardan paytaxta 12 640 sərnişin daşınıb. Bunun 7 990-ı avqustun 12-nin payına düşüb.

"Bu gün regionlarzdan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlər üçün əlavə avtobuslar ayrılıb. Bunu nəzərə alaraq yol iştirakçılarından, xüsusilə şəxsi avtomobil sahiblərindən yollarda ehtiyatlı olmalarını rica edirik. İri tutumlu sərnişin avtobuslarını ötmə əməliyyatı icra etməklə çaşdıraraq, təkcə avtobusun salonundakı 50 sərnişinin həyatına deyil, 50 ailənin həyatına da biganə qalmış olursunuz”, - deyə o, qeyd edib.