Rusiya Dövlət Akademik Orkestrinin baş dirijoru Bakıda ÇIXIŞ EDƏCƏK

Rusiya Dövlət Akademik Orkestrinin baş dirijoru Bakıda ÇIXIŞ EDƏCƏK
SOSİAL / MƏDƏNİYYƏT

14 avqust 2019, 10:33

Mətn ölçüsü

Azərbaycan Dövlət Akademik Filarmoniyasında V.V.Andreyeva adına Rusiya Dövlət Akademik Orkestrinin baş dirijoru Dmitri Xoxlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, konsert proqramı Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

Proqramda görkəmli bəstəkarlar Ü.Hacıbəyli, F.Əmirov, Q. Qarayev, A.Məlikov və başqalarının əsərləri səsləndiriləcək.