120-lik yolu keçmək istədi, maşın belə vurdu – REAL VİDEO
    • 16-08-2019, 12:23
    • 818

120-lik yolu keçmək istədi, maşın belə vurdu – REAL VİDEO

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Aeroport yolunda gənc qadın avtomobillərin sürətlə hərəkətdə olduğu magistral yolu keçməyə çalışır. Bu zaman sürətlə gələn maşın onu vuraraq bir neçə metr kənara atır. Zərbənin gücündən qadın yerindəcə keçinir.

Qeyd edək ki, bir çox hallarda insanlar bir az məsafə qət etməsinlər deyə yerüstü piyada keçidlərini qoyub yolu nəzərdə tutulmayan hissədən keçməyə cəhd edirlər. Nəticədə bu cür ağır fəsadlar baş verir. Videonu təqdim edirik. Ürəyi zəif olanların baxması məsləhət deyil. /Avtosfer.az/