Bakıda iki məktəbin hər birində bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub
    • 19-08-2019, 11:36
    • 1 428

Bakıda iki məktəbin hər birində bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub

Bakıda iki orta məktəbin 11 a və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olub.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a veriən məlumata görə, 13 nömrəli tam orta məktəbin 11 A sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.
Məzunlardan 8 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11 B sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb. Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb.
Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 20 nəfəri isə 200-500 bal arası nəticə göstərib.