Bu yolda yenidənqurma işləri HƏYATA KEÇİRİLİR - FOTO
    • 19-08-2019, 12:00
    • 1 124

Bu yolda yenidənqurma işləri HƏYATA KEÇİRİLİR - FOTO

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunda yenidənqurma işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir. Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.

Uzun müddət təmir olunmadan istismarı və təbii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlib. Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla yenidən qurulur.