SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının mərkəzi küçələri bir həftə BAĞLI OLACAQ
    • 19-08-2019, 13:55
    • 751

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının mərkəzi küçələri bir həftə BAĞLI OLACAQ

Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.