Avtobuslardan ödənişsiz istifadə nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
    • 4-07-2018, 16:24
    • 1 160

Avtobuslardan ödənişsiz istifadə nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.

"BakuBus” MMC-dən verilən məlumata görə, iyulun 3-ü saat 19:00 radələrindən etibarən "BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.

//Azxeber.com