Pilotun ölümü övladlarından gizlədilir - Rəşad Atakişiyevin qardaşı
    • 21-08-2019, 10:39
    • 1 107

Pilotun ölümü övladlarından gizlədilir - Rəşad Atakişiyevin qardaşı

"Uşaqlara baş verənlər hələ bildirilmir”.

Bu sözləri mərhum pilot Rəşad Atakişiyevin qardaşı Nicat Atakişiyev deyib.

O qeyd edib ki, Rəşad Atakişiyev sabah saat 10:00-da 2-ci Fəxri Xiyabanda hərbi mərasimlə dəfn ediləcək:

N. Atakişiyev qəzanın necə baş verməsi ilə maraqlanmadıqlarını da vurğulayıb:

"Bizə qardaşımız lazımdır, hadisənin necə baş verməsi deyil. Ona görə də heç o haqda maraqlanmamışıq. Müxaliflər hadisədən istifadə etmək istəyirlər. Xahiş edirik, baş verən bu hadisə siyasiləşdirməyin, qanayan yaramıza duz səpməyin.

Rəşad Atakişiyevin ailəsi və uşaqları adından artıq dərəcədə xahiş edirik ki, bu fikrinizdən əl çəkin. Başsağlığı vermək istəyənlər başqa vaxt da gəlib, verə bilər. Xahiş edir və qəti şəkildə bildiririk. Dərdimizi yaşamağımıza imkan verin. Bu, tək bizim yox, Azərbaycanın dərdidir”.

Qeyd edək ki, 24.07.2019-cu il, axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin bu gün nəşi tapılıb. /redaktor/