Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü - FOTOLAR

Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü - FOTOLAR
SOSİAL

23 avqust 2019, 12:15

Mətn ölçüsü

Gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda Daşkəsən, Goranboy, Göygöl, Samux, Gəncə, Naftalan şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyindən News24.az-a verilən məlumata görə, 20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər sırasında idman qurğularının  idman avadanlıqları ilə təmin olunması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, gənclər evinin, Olimpiya İdman Kompleksinin və digər idman qurğularının tikintisi olub. Vətəndaşlar tərəfindən eyni zamanda, iş ilə təminat və  şəxsi məsələlərlə də bağlı müraciətlər edilib.

Müraciətlərin bir qismi yerindəcə həll edilib, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Digər müraciətlər isə,  baxılması üçün icraya yönəldilib.