Bakıda jurnalistə hücum oldu - POLİS İDARƏSİNDƏN GÖSTƏRİŞ

Bakıda jurnalistə hücum oldu - POLİS İDARƏSİNDƏN GÖSTƏRİŞ
SOSİAL

26 avqust 2019, 12:29

Mətn ölçüsü

Jurnalist Zülfüqar Xeyirxəbərin fiziki təzyiqə məruz qalması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məlumatlıdır.

Bu barədə BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O əlavə edib ki, faktın araşdırılması ilə müvafiq göstərişlər verilib: "Nəticəsi barədə əlavə məlumat veriləcək". /report/