DİQQƏT! Polis bu qadını AXTARIR - FOTO

DİQQƏT! Polis bu qadını AXTARIR - FOTO
SOSİAL

27 avqust 2019, 16:34

Mətn ölçüsü

Siyəzəndə 30 yaşlı qadın itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Gülnar Həmzəliyevanın əlamətləri belədir: Boyu 155 sm., yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.  

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.