Qaxda meşə YANIR
    • 27-08-2019, 17:51
    • 946

Qaxda meşə YANIR

Qaxda meşədə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə rayonun Süskənd və Fıstıqlı kəndlərinin ərazisindəki meşə sahəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.