Bu ərazilərdə qaz olmayacaq- SAKİNLƏRİN NƏZƏRİNƏ
    • 2-09-2019, 09:48
    • 853

Bu ərazilərdə qaz olmayacaq- SAKİNLƏRİN NƏZƏRİNƏ

Sentyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq. Bundan başqa paytaxtda- Səbail rayonunda saat 12.00-dan 16.00-dək bir qurp abonentin qaz təchizatında fasilə yaranacaq.

Bu zaman dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.