Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən Ekspertlər Şurası YARADILDI

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən Ekspertlər Şurası YARADILDI
SOSİAL

04 sentyabr 2019, 10:04

Mətn ölçüsü

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən Ekspertlər Şurası yaradılıb.

Azərbaycan Turizm Agentlikləri Asosasiyasından News24.az-a verilən məlumata görə, Assosiasiyanın tabeliyində fəaliyyət göstərəcək Ekspertlər Şurası Azərbaycanda gəlmə və getmə turizmində mövcud olan problemlərin araşdırılmasını həyata keçirəcək və onların həlli istiqamətində təkliflər hazılayaraq idarə heyətinə təqdim edəcək.

Görüləcək işlərin keyfiyyətli və standartlara cavab verməsi üçün Ekspertlər Şurasında daxili və xarici turizm komissiyası, eyni zamanda xarici logistika komissiyası yaradılıb.

Yaradılan komissiyalar həmçinin, Azərbaycana turist axınının artırılması, turistlərin məmnun yola salınması və turizm agentliklərinin fəaliyyətinə nəzarət etmək üçün yeni mexanizmlərinin hazırlanması istiqamətində də təkliflər hazırlayacaq.

Afaq Mirayiq