Azərbaycanda daha çox oğlan uşaqları övladlığa GÖTÜRÜLÜB

Azərbaycanda daha çox oğlan uşaqları övladlığa GÖTÜRÜLÜB
SOSİAL

04 sentyabr 2019, 12:22

Mətn ölçüsü

2018-ci ildə Azərbaycanda 751 uşaq övladlığa verilib.

Dövlət Statistika Komitəsindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 349-ı qız, 402-si oğlan olub. 

Uşaqlardan 14-ü əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. Onlardan 4-ü qız, 10-u oğlan olub. 

Övladlığa götürülməsi barədə qərarları ləğv edilən uşaqların sayı isə 67 nəfər olub. Onlardan da 25- i qız, 42-si oğlandır. 

Qeyd edək ki, övladlığa götürülən uşaqlardan 200-ü 1 yaşa qədər, 315-i 1-5 yaş, 132-si 6-10 yaş, 104-ü isə 11-17 yaşında olub.