Bu rayonlarda QAZ OLMAYACAQ
    • 6-09-2019, 12:46
    • 839

Bu rayonlarda QAZ OLMAYACAQ

Bu gün saat 09:00-dan 18:00-a qədər aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən News24.az-a verilən məlumata görə, bundan başqa, saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr başlayıb. Bu zaman “Qaz İxrac” İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.