Sumqayıtda 3 saatdan artıqdır ki, internetin verilməsində problem var
    • 7-09-2019, 01:22
    • 814

Sumqayıtda 3 saatdan artıqdır ki, internetin verilməsində problem var

Bu saatlarda Sumqayıtda internetin verilməsində problemlər yaşanır. 

News24.az xəbər verir ki, şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb. 

Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb. Problemin yaranmasını əsas səbəb kimi texniki qəzanın baş verdiyi göstərilir. SNTV-dən problemin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığı bildirilib. /APA/