596 bal topladı, ali məktəbə qəbul ola bilmədi

596 bal topladı, ali məktəbə qəbul ola bilmədi
SOSİAL / SİYASƏT

16 avqust 2018, 11:16

Mətn ölçüsü

Bu il ali məktəbə qəbul imtahanında iştirak edən İbrahim Əsgəri adlı abituriyent 596 bal toplasa da, ali məktəbə qəbul olmayıb.

Bu məlumatı təhsil eksperti Kamran Əsədov yayıb.

Onun sözlərinə görə, abituriyent birinci imtahanda 529, ikinci imtahanda isə 596 bal toplayıb.

Abituriyentin balı seçdiyi ixtisaslar arasında həm dövlət sifarişli, həm də ödənişli yerlərin keçid balına uyğun olsa da, heç birinə qəbul olmayıb.

Abituriyentin valideynləri bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edəcəklərini bildirib.