ƏHALİNİN NƏZƏRİNƏ! Həftənin ilk günü bu ərazidə İŞIQ OLMAYACAQ
    • 7-09-2019, 14:54
    • 906

ƏHALİNİN NƏZƏRİNƏ! Həftənin ilk günü bu ərazidə İŞIQ OLMAYACAQ

Abşeron rayonunun Məmmədli kəndinin bir hissəsi işıqsız qalacaq. 

"Azərişıq" ASC-dən News24.az-a verilən məlumata görə, kəndinin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 09 sentyabr 2019-cu il tarixində kəndin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir