Şöbə müdirinin məhkəməsi başlayır -Sabiq nazirin tələbə yoldaşı olub
    • 7-09-2019, 20:07
    • 806

Şöbə müdirinin məhkəməsi başlayır -Sabiq nazirin tələbə yoldaşı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.
News24.az xəbər verir ki, Fondun Zəngilan Rayon Şöbəsinin müdiri Şakir Nuriyev və digər vəzifəli şəxs Ramiz Əmiraslanov xidmətdə olduqları vaxt yeyinti etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.
Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilirlər. Zərərçəkmiş tərəf isə Fondun Zəngilan rayon şöbəsidir. Cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Abbas Rzayevin sədrliyi ilə sentyabrın 9-da baxılacaq./Qafqazinfo/