Sabah 27 dərəcə İSTİ OLACAQ
    • 9-09-2019, 13:06
    • 536

Sabah 27 dərəcə İSTİ OLACAQ

10 sentyabrda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
Sentyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 10-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 21-26, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə təşkil edəcək.

Sentyabrın 10-11-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.