USD 1.7
EUR 1.9289
TRY 0.2519
RUB 0.0246
  • Bakı 20°C
  • ŞUŞA 14°C
  • GƏNCƏ 24°C
  • LƏNKƏRAN 21°C
  • ŞƏKİ 19°C
  • QUBA 16°C
  • NAXÇIVAN 22°C

Elşad Hacıyev: "Polisin şəhidlərin fotoları əks olunan plakatları sökməsi haqda iddialar həqiqət deyil"

SOSİAL

Mətn ölçüsü

"Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir".

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O vurğulayıb ki, iddialar polisə qarşı təxribatdır, orda plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır: “Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir.” /report/

Xəbəri paylaş: