Azad Rəhimov Strasburqda səfərdədir - FOTOLAR
    • 9-09-2019, 22:30
    • 1 107

Azad Rəhimov Strasburqda səfərdədir - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Strasburqa işgüzar səfərdədədir.
News24.az xəbər verir ki, Strasburqda işgüzar səfərdə olan Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 9 sentyabr tarixində ilk olaraq  Avropa Şurasının mənzil-qərargahında  təşkilatın Baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni ilə görüşüb. Görüşdə Azərbaycan və Avropa Şurası arasında gənclər və idman sahəsində formalaşmış geniş  əməkdaşlıq münasibətlərinə nəzər salınıb və bu münasibətlərin daha da inkişafı istimatətində gündəmində dayanan müxtəlif  mövzu  və layihələr ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, qarşıdan gələn dövrdə Azərbaycanın Avropa Şurası çərçivəsində gənclər və idman sahələri üzrə planlaşdırılan gələcək fəaliyyətinin  yeni istiqamətləri də müzakirə edilib.             

Bununla yanaşı, səfəri çərçivəsində nazir Azad Rəhimov Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə  Komitəsinin Avropadan olan üzvü mövqeyinə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynlinin namizədliyinin təqdimatı mərasiminə də   qatılıb. Əsasən üzv dövlətlər üçün keçirilən bu tədbirdə daimi nümayəndə Fəxrəddin İsmayılovun açılış qeydlərinin ardınca nazir Azad Rəhimov ölkəmizdə idmanın inkişafı sahəsində işlər haqqında məlumat verib və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb. Nazir Respublikamızda antidopinq sahəsinə yetirilən diqqəti vurğulayıb, AMADA-nın dopinqlə mübarizə sahəsində qazandığı uğurlardan bəhs edib və üzv dövlətləri qarşıdan gələn günlərdə keçiriləcək seçkilərdə Azərbaycan namizədinə dəstək verməyə çağırıb. Öz çıxışında AMADA-nın rəhbəri Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin İcraçı Komitəsinə namizəd kimi irəli sürdüyü platforma barədə maraqlı təqdimatla çıxış edib  və qlobal səviyyədə dopinq ilə effektiv mübarizə ilə bağlı düşüncələrini bölüşüb.