Sürücülərin NƏZƏRİNƏ - BU YOLLARDA DİQQƏTLİ OLUN
    • 11-09-2019, 11:10
    • 705

Sürücülərin NƏZƏRİNƏ - BU YOLLARDA DİQQƏTLİ OLUN

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Aşıq Molla Cümə, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan, Nəsimi rayonu, Əliyar Əliyev və Nizami rayonu İsmayıl Məmmədov küçələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.