"Azərbaycanla eyni mədəniyyəti, dili, dini və tarixi paylaşırıq"- ERKAN ÖZORAL - FOTOLAR
    • 12-09-2019, 16:00
    • 896

"Azərbaycanla eyni mədəniyyəti, dili, dini və tarixi paylaşırıq"- ERKAN ÖZORAL - FOTOLAR

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 İlliyinə həsr olunmuş sərgi-tədbir təşkil olunub.

News24.az xəbər verir ki, sərgidə təsviri sənətin bütün növləri üzrə 35 rəssam 40-a yaxın işi yayımlanıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Yasamal Rayon İcra başçısı Əziz Əzizov,  Azərbaycan Rəssamlar İtifaqının Qrafika şöbəsinin rəhbəri, xalq rəssamı Arif Hüseynov iştirak edib.

Tədbir şəhidlərin xatirəsini 1 dəqiqəlik sükütla anmaqla start götürüb. Daha sonra isə Azər baycan və Türkiyə Dövlət Himni səsləndirilib.

Daha sonra isə səfir Erkan Özoral Nuri Paşa və Qafqaz Ordusunun Bakını işğaldan azad etməsinin tarixini xatırladıb. O, Azərbaycan və Türkiyənin hər zaman qardaş dövlət olaraq qalacağını bildirib: "Türkiyə və Azərbaycan olaraq bir millət iki dövlətik. Hör zaman eyni mədəniyyəti, eyni dili, eyni dini və eyni tarixi, paylaşırıq. Bu, yüz,beş yüz il öncə də belə olu, hazırda da belədir və min il sonra da belə olacaq".

Səfirdən sonra, Yasamal Rayon İcra hakimi Əziz Əzizov nitq söyləyib: “Burada iştirak edən rəssamlarımız, qazilərimiz və mətbuat nümayəndələrimiz bu tarixi çox yaxşı bilirlər. Hörmətli Erkan Özoral bəy dəyərli çıxışında bir daha bizə bir daha xatırlatdı. Ötən il Rəcəb Tayyib Ərdoğan və cənab prezident İlham Əliyevin birgə iştirakı ilə yüzillik möhtəşəm şəkildə bizdə qeyd olundu. Bu gün isə 101-di ili qeyd edirik. Deməli bu tədbir millətlərimizin arasında olan dostluq münasibətlərinin bariz nümunəsidir. İki dövlət arasında olan dostluğu heç kim poza bilməz”. 

Sərginin kuratorları, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün və Elnurə İsgəndərovalar isə tədbirə qatıaln hər kəsə öz təşəkkürlərini bildiriblər:"“Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 İlliyi"nə həsr olunmuş tədbirimizin əsas məqsədi iki qardaş ölkə üçün tariximizin və bu günümüzün necə önəmli olduğunu göstərməkdir".

Tədbir, rəsaamların mükafatlandırılması ilə davam edib.

Teymur Məmmədov