Siyəzəndə polis aztəminatlı ailələrə YARDIM EDİB
    • 14-09-2019, 11:51
    • 2 820

Siyəzəndə polis aztəminatlı ailələrə YARDIM EDİB

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları övladları birinci sinifə gedəcək bir neçə aztəminatlı ailələrin sevincinə şərik olublar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşları rayonda maddi cəhətdən imkanları zəif olan və qarşıdan gələn yeni dərs ilində övladlarına məktəbli geyimi və ləvazimatları almağa çətinlik çəkən ailələrin qonağı olublar. Polis əməkdaşları qonaq olduqları evlərdə ailələrin bu il birinci sinifə gedəcək azyaşlıları qarşıdan gələn 15 sentyabr-Bilik Günü münasibəti ilə təbrik edərək onlara geyim, çanta, çətir və gündəlik dərs ləvazimatları hədiyyə ediblər. Balacalar isə bu hədiyyələri sevinclə qəbul edərək, dərslərini əla qiymətlərlə oxuyacaqlarına söz veriblər.

Həmin ailələr Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə öz təşəkkürlərini bildiriblər.