BNA yollardakı sıxlıqla bağlı sakinlərə MÜRACİƏT ETDİ
    • 16-09-2019, 10:25
    • 995

BNA yollardakı sıxlıqla bağlı sakinlərə MÜRACİƏT ETDİ

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.

Agentlikdən News24.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: "Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək".

Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür. 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.