İlk dərs günündə süni sıxlıq yaradan sürücülər cərimələndi: Vaqif Əsədovdan çağırış
    • 16-09-2019, 11:54
    • 746

İlk dərs günündə süni sıxlıq yaradan sürücülər cərimələndi: Vaqif Əsədovdan çağırış

“İlk dərs günündə yollarda sıxlıq yaratdığına görə, sürücülərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib”.

Bunu News24.az-a açıqlamasında Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, dərs ilinin başlaması ilə əlaqəli tədris müəssisələri və onlara bitişik ərazilərdə yolun hərəkət hissəsində, ikinci cərgədə sürücülər süni sıxlıq yaradıb:
"Bəzi təhsil müəssisələrinə yaxın yollarda avtomobil nəqliyyat vasitələrinin sıx cərgələnməsinin şahidi olduq. Sürücülər “bir dəqiqə saxla” deyərək, avtomoibili dayandırıb, uşaqlarını məkətəbə aparıb, sonra gəlib maşını sürənədək tıxaclar yaradıblar. Siz təsəsvvür edin, maşınla gələnlər başqalarına qarşı nə qədər  haqsızlıq edirlər.  Bununla əlaqədar biz dövlət yol polisi və aidiyyatı qurumların əməkdaşları ilə birgə inzibati tənbeh tədbirlərini də tətbiq etdik ki, bu sabah da təkrara olmasın.

7:45-dən 8: 15 radələrindək həqiqətən dərs vaxtının başlanamsı ilə əlaqəli bəzi ərazilərdə süni sıxlıq yaşansa da, bu ərazilərə təhkim edilmiş bir neçə yol polisi əməkdaşının köməyilə süni sıxlıq vaxtında aradan qaldırılıb. Hazırda bütün istiqamətlər üzrə avtomobillər sərbəst, rahat hərətək edir”.

Vaqif Əsədov dərs saatının saat 9-a keçirilməsi bağlı edilən təkliflərə də münasibət bildirdi: “Təbii ki, problemin həllinə təsir edə bilər. Amma dönə-dönə deyə bilərəm, avtomoibili olanlar olmayanları başa düşməlidir. Yol hərəkətində şəxsi mənafe ümumilli mənafedən üstün tutulmamalıdır. Süni tıxacların yaranmasına səbəb avtomobil sahiblərinin avtomobili necə gəldi park etmələri ilə bağlıdır. Bir daha insanlara deyirəm ki, sürüclərin yol hərəkəti haqqında qanunun- dayanma-durma tələbini pozduğundan xeyli narazılıq yaranır. Belə hallara yol verilməməlidir”.

Afaq Mirayiq