USD 1.7
EUR 1.8477
TRY 0.2508
RUB 0.0227
  • Bakı 8°C
  • ŞUŞA -0°C
  • GƏNCƏ 8°C
  • LƏNKƏRAN 5°C
  • ŞƏKİ 4°C
  • QUBA 5°C
  • NAXÇIVAN 7°C

Dostları ilə birlikdə dayısını öldürdü LƏNKƏRANDA QƏTL

SOSİAL

Mətn ölçüsü

Sentyabrın 14-də Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş bacısı oğlu V.Hüseynov, əvvəllər məhkum olunmuş E.Quliyev və V.Mirzəyeva saxlanılıblar.

Xəbəri paylaş: