Tovuzda etiraz aksiyası - 70-dən çox uşaq dərsə gedə bilmədi - FOTOLAR
    • 16-09-2019, 15:59
    • 853

Tovuzda etiraz aksiyası - 70-dən çox uşaq dərsə gedə bilmədi - FOTOLAR

Bu gün Tovuz rayonunda 70-dən çox valideyn övladını məktəbə göndərə bilmədiyinə görə etiraz aksiyası keçirib. 

Bu barədə News24.az-a açıqlamasında Tovuz rayon sakini Şahin Quliyev bildirib. Onun sözlərinə görə, Tovuz rayonunun Şamlıq kəndinin yaxınlığında magistral yolu bağlayıblar: “Məktəb Düzqırıqlı kəndində yerləşir. Mənim övladımda burdan kəndə məktəbə gedir. Ordan magistral yol keçir, uşaqların burdan məktəbə getməsi üçün keçid qoymayıblar, o yol bağlanıb. Bizə dedilər 2 günə xəbər veriləcək, hələ bir söz deyən yoxdur. Bütün camaat yığışıb bura, etiraz edirik. 70-dən çox uşaq  məktəbə gedə bilmədi. Yaxınlıqda məktəb də yoxdur, gərək 3 km yol gedəsən ki, məktəbə çatasan. Yol da bağlıdır, adlayıb keçmək olmur”.


Afaq Mirayiq