“Ali təhsil haqqında” qanun layihəsi oktyabrda ilkin müzakirəyə çıxarılacaq
    • 17-09-2019, 15:37
    • 1 212

“Ali təhsil haqqında” qanun layihəsi oktyabrda ilkin müzakirəyə çıxarılacaq

“Təhsil Nazirliyi oktyabrın 1-ə qədər “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisin Elm və təhsil komitəsinə təqdim edəcək”.

News24.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli bildirib.

İ. Həbibbəyli deyib ki, komitə tərəfindən 30 səhifəlik “Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb: “Komitə və Təhsil Nazirliyinin qanun layihəsi birləşdiriləcək. Ümid edirəm ki, oktyabrın ilk ongünlüyündə “Ali təhsil haqqında” qanun layihəsini komitədə müzakirəyə çıxaracağıq”. //APA