Sabah metropolitendə “Milli musiqi günü” qeyd olunacaq

Sabah metropolitendə “Milli musiqi günü” qeyd olunacaq
SOSİAL

17 sentyabr 2019, 16:42

Mətn ölçüsü

Hər il olduğu kimi, bu il də "Bakı Metropoliteni" QSC, ənənəsinə sadiq qalaraq,  18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

“Bakı Metropoliteni” QSC-dən News24.az-a verilən məlumata görə, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.
Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Sentyabrın 12-də Bakı metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsilə əlaqədar olaraq budəfəki konsert proqramının keçirildiyi stansiyaları arasında “Xətai” də yer alacaq.

Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Xətai” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:
- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;
- “Sahil” stansiyası – saat 12:00-13:30.
- “28 May” stansiyası – saat 13:00-14:30;
- "Xətai” stansiyası – saat 14:00-15:30.

Afaq Mirayiq