Ağstafada top mərmisi və əl qumbarası TAPILDI

Ağstafada top mərmisi və əl qumbarası TAPILDI
SOSİAL

18 sentyabr 2019, 17:30

Mətn ölçüsü

Ağstafa rayonunda top mərmisi və əl qumbarası tapılıb. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) News24.az-a verilən məlumata görə, sentyabr 18-i saat 12:03-də Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin  əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarınabaxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub.


Əl qumbarasının ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilən zaman əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) və 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) PQ-2 raketi aşkar olunub.
Aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmıb.