Gömrükdə qanunsuz dərman preparatları AŞKARLANDI
    • 20-09-2019, 14:14
    • 788

Gömrükdə qanunsuz dərman preparatları AŞKARLANDI

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21065” markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yoxlama nəticəsində avtomobilin ön sağ və sol tərəflərinin üst hissəsindəki qanadların arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 4060 kapsul “Samyun Wan” adlı dərman preparatı aşkarlanıb.