Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirdi - FOTO

Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirdi - FOTO
SOSİAL

23 sentyabr 2019, 13:00

Mətn ölçüsü

Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının üzvləri Marneuli rayonunda etiraz aksiyası keçiriblər.

Aksiya Marneuli rayonunun bələdiyyə binasının qarşısında baş tutub.

Etirazçılar Marneuli rayon rəhbərliyinin əlil şəxslərə lazımı qayğı və diqqət göstərməməsindən şikayətləniblər.
Assosiasiyanın sədri Rövşən Əliyev bildirib ki, Gürcüstanda yaşayan fiziki məhdud və xüsusi qayğıya ehtiyacı olan azərbaycanlı vətəndaşların haqları tapdalanır və onların problemləinə biganə yanaşılır.

Etirazçılarla görüşən Marneuli rayonunun icra başçısı Zaur Darğallı bildirib ki, builki yerli büdcə əlillərin üzləşdiyi bütün problemlərin həll olunması üçün kifayət etmir. O deyib ki, 2020-ci ilin büdcəsi üzərində iş aparılır və gələn ildən xüsusi qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həllinə səylər göstəriləcək. /report/