Mehriban Əliyevadan daha bir təqdirəlayiq ADDIM

Mehriban Əliyevadan  daha bir təqdirəlayiq ADDIM
SOSİAL

25 sentyabr 2019, 14:50

Mətn ölçüsü

Ötən gün Xəzər Televiziyasında yayımlanan "Hər şey daxil" verilişində təqdirəlayiq addım atılıb.

News24.az xəbər verir ki, layihənin rəhbəri, aparıcısı Tarix Əliyev (Tolik) Tərtər rayonunun sakini Elxan Mehdiyevin acınacaqlı həyatından bəhs edən video süjet yayımlayıb.

Qeyd edək ki, Elxan Mehdiyev Tərtər rayon sakinidir. Atası 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Elxan uzun illərdir bronxial astma xəstəliyindən əziyyət çəkir. İndiyədək yaxınları ona köməklik göstərib. Amma bu müalicə yetərli olmayıb. Hazırda onun vəziyyəti ağırldır. Və o, müalicəsi ilə bağlı sosial şəbəkədə müraciət yayımlayıb. 

Sosial şəbəkədəki paylaşımdan az sonra Heydər Əliyev Fondu şəhid oğlunun sağlıq durumu ilə bağlı göstəriş verib. Tarix Əliyevin dediyinə görə, Fond E.Mehdiyevin həm müalicəsini, həm də yaşadığı evin təmirini öz üzərinə götürüb: "Mən ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanıma, Heydər Əliyev Fondunun icraçı direktoruna Anar Ələkbərova təşəkkürümü bildirirəm. Nə yaxşı ki, belə insanlarımıza köməklik edirsiniz. Düzdür, vəziyyəti pis olan insanlarımız çoxdur. Amma Elxan istisna oldu, çünki vəziyyəti çox ağırdır".

Sevda Bayramova





Instagram