“Fikirlər vardı ki, burada binalar tikilsin, icazə vermədim..." - İlham Əliyev

“Fikirlər vardı ki, burada binalar tikilsin, icazə vermədim..." - İlham Əliyev
SOSİAL

25 sentyabr 2019, 17:07

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, bu gün Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

News24.az xəbər verir ki, açılışda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, mərkəzdə gözəl şərait yaradılıb: “Biz bu parkı mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. 

Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb”.