Gömrükdən gizli kosmetik vasitələr KEÇİRMƏK İSTƏDİ - FOTO
    • 26-09-2019, 10:38
    • 816

Gömrükdən gizli kosmetik vasitələr KEÇİRMƏK İSTƏDİ - FOTO

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsində sərnişinlər üçün nəzərdə tutulan oturacaqların altındakı boşluqda, ehtiyat hissələrin altında qara polietilen paketə bükülən 2 ədəd karton qutuda və 3 ədəd paketdə 17 adda, ümumilikdə 243 ədəd kosmetik vasitələr aşkar edilib.