Hacıqabul-Ələt yolunda hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
    • 27-09-2019, 15:39
    • 1 310

Hacıqabul-Ələt yolunda hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən News24.az-a  verilən məlumata görə, işlər sentyabrın 30-na qədər davam edəcək. Bu müddət ərazində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

"Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə Agentlikdən bildirilb.