Almaniyada azərbaycanlı ailə ilə bağlı qalmaqal yarandı

Almaniyada azərbaycanlı ailə ilə bağlı qalmaqal yarandı
SOSİAL

28 sentyabr 2019, 17:25

Mətn ölçüsü

Allahverdiyevlər ailəsinin övladlarından birinin Almaniyada anadan olmasına və iki əlil uşağının, yaxşı inteqrasiya və işləməyə hazır olmalarına baxmayaraq, Almaniyadan deportasiya olunurlar.

News24.az xəbər verir ki,  yerli KİV-in verdiyi məlumata görə, Xalidə və Eldəniz Allahverdiyevlər Bakıdan Bavariyanın Troyxtlingen şəhərinə köçüblər. Qəzet yazır ki, azərbaycanlı ailənin Bavariyaya gəlişinin səbəbi müharibə və ya ölkədəki siyasi təqibin olması deyil, söhbət hətta Qərbdə daha çox qazanmaq istəyi haqqında belə deyil. Onların Almaniyaya gəlişinin əsas səbəbi övladlarına - normal gəzə bilməyən əlil əkizləri Toğrul və Tomirisə görə olub. Bundan əlavə, Toğrul zehni inkişafdan geri qalıb.

42 yaşlı ibtidai sinif müəlliməsi Xalidə Allahverdiyeva bildirir ki, əlil övladlarının gələcəkdə müstəqilliyinin təmin edilməsi üçün təhsil alması və daha sonra Qərbdə işləməsi daha asandır. Hətta Almaniyada uşaqların müalicəsi uğurla həyata keçirilib və hazırda Tomiris özü sərbəst şəkildə gəzə bilir, Toğrul isə ayaq üstə dayana bilir və az-az “rollerlə” gəzir.

2016-cı ildə ailənin Dəniz adlı qızı dünyaya gəlir. Qəzetin yazdığı kimi, o, "Azərbaycanı heç görməyib, burada uşaq bağçasına gedir və dostları da var".

Bu ilin iyul ayının əvvəlində Bavariya İnzibati Məhkəməsi Allahverdiyevlərin elə bu ilin fevral ayında Ansbax inzibati məhkəməsinin qərarından şikayət etdikləri üçün onların deportasiya olunması barədə qərar qəbul ediblər. Artıq onlar sənədləri hazırlamağa və sığorta kartlarını təhvil verməyə məcburdurlar. Həmçinin azərbaycanlı ailənin sosial müavinətləri ləğv edilib.

Alman hakimiyyəti yerli qanunların müddəasına istinad edir, buna görə də xarici vətəndaşlar ölkələrindəki alman diplomatik nümayəndəliyi tərəfindən verilən iş vizası olmadan işə qəbul edilə bilməz.

Nəşrin yazdığına görə, Allahverdiyevlərin vəziyyətində alman cəmiyyətinə yaxşı inteqrasiya olunan gənc və yeniyetmələrə deportasiya tətbiq oluna bilmədikdə, qaydalar tətbiq edilə bilməz, çünki uşaqlar ən azı 14 yaşlarında olmalıdırlar. Allahverdiyevlər ailəsinin dost - tanışları onların Almaniyadan deportasiya olunmasının qarşısını almağa çalışırlar. Belə ki, Toğrulun müəlliməsi Səbinə Çjobst Bavariya federal əyalətinin parlamentinə ərizə göndərib.

"Mən Allahverdiyevlərə qarşı baş verən repressiyaların nə olduğunu başa düşürəm",- deyə S.Çjobt bildirib.

Şəhərin meri Verner Baum azərbaycanlı ailəyə yaşayış icazəsinin alınması uğrunda mübarizəyə qoşulub. Mer 23 sentyabr bazar ertəsi iki deputata - Manuel Vestfaul, Volfgang Hauber və rayon parlamentinin vitse-prezidenti Krista Naasa göndərdiyi məktubda, xalqın seçdiyi nümayəndələrindən Allahverdiyevləri deportasiya etmək qərarını qəbul edən məsul şəxslərə və əlaqədar orqanlara təzyiq göstərmələrini xahiş edib.

"Xalidə Allahverdiyeva alman dilini çox yaxşı bilir və cəmiyyətimizə tam inteqrasiya olunur, digər qaçqın ailələrini də dəstəkləyir - onlara Alman hakimiyyəti ilə tərcüməçi kimi ünsiyyət qurmaqda kömək edir",- deyə mer müraciətində qeyd edib.

/Bizimyo.info/