"Əlillik qanun pozuntusu zamanı üstünlük gətirmir" - Əlil Təşkilatları İttifaqının prezidenti
    • 30-09-2019, 16:58
    • 678

"Əlillik qanun pozuntusu zamanı üstünlük gətirmir" - Əlil Təşkilatları İttifaqının prezidenti

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirməsini pisləyib.

News24.az xəbər verir ki, D.Rəhimli məsələ ilə bağlı bunları deyib: "Özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyirik. Əlillik və ya hər hansı digər sosial vəziyyət qanun pozuntusu zamanı üstünlük gətirmir. Hansısa addan və nədənsə istifadə edib kiməsə xəsarət yetirmək düzgün deyil. Zor tətbiq etmə, yaxud kimisə təhqir etmək yolverilməzdir. Əlilliyin əldə bayraq tutulub bu kimi hərəkətlər edilməsi yaxşı hal deyil. Hər bir problemin həlli üçün qanuni yolları bilmək lazımdır”.