USD 1.7
EUR 1.9066
TRY 0.2519
RUB 0.0248
  • Bakı 25°C
  • ŞUŞA 23°C
  • GƏNCƏ 28°C
  • LƏNKƏRAN 27°C
  • ŞƏKİ 29°C
  • QUBA 22°C
  • NAXÇIVAN 30°C

"INNOLAND"in rezidentləri beynəlxalq proqrama QƏBUL EDİLDİ

SOSİAL

Mətn ölçüsü

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin 5 rezidenti Türkiyədə fəaliyyət göstərən "İTU Magnet" Akselerasiya proqramına qəbul edilib.

News24.az xəbər verir ki, hazırda İstanbul Texniki Universiteti  Türkiyədə startap müraciətlərinin sayına görə ilk yerdədir. Müvafiq sahədə ölkənin ən nüfuzlu proqramlarının təşəbbüskarı və icraçısı olan Universitet hər il müxtəlif ölkələrin startaplarına dəstək məqsədilə də  qəbul elan edir.

Bu il ilk dəfə Azərbaycan startapları da dəyərləndirilib. Nəticədə hər biri  "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin startapı olan "Topla.az", "Otaqyoldaşı","QReact", "Botbox" və "Nextsale"  "İTU Magnet" Akselerasiya proqramına qəbul olunub.

Xəbəri paylaş: