Mahatma Qandinin 150-ci ildönümü Bakıda QEYD OLUNDU - FOTO
    • 3-10-2019, 12:44
    • 629

Mahatma Qandinin 150-ci ildönümü Bakıda QEYD OLUNDU - FOTO

Hindistanın Bakıdakı Səfirliyi Azərbaycan Dillər Universitetində tədbir təşkil edərək Mahatma Qandinin anadan olmasının 150 illiyini qeyd edb. 

News24.az-ın məlumatına görə, tədbir, Mahatma Qandinin 150-ci ildönümü münasibətilə 2 oktyabr, 2018-ci il tarixindən etibarən bir il müddətində təşkil olunan tədbirlərin tərkib hissəsi idi.

Milli Məclisin deputatı cənab Rüfət Quliyev, Azərbaycan Dillər Universitetinin Prorektoru Dr. Jalə Qəribova, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan-Asiya əlaqələri şöbəsinin rəhbəri cənab Bədirxan Əhmədov tədbirdə çıxış edərək Qandi ideologiyasının bu günkü dünya üçün aktuallığından bəhs etdi. 

Hindistan səfiri cənab B. Vanlalvavna Mahatma Qandinin 150-ci ildönümü tədbirinə ev sahibliyi etdiyi üçün Azərbaycan Dillər Universitetinə minnətdarlığını bildirdi. Səfir, Qandicinin qeyri-zorakılığın 5 əsas prinsipləri, hörmət, anlayış, qəbul, dəyər vermə və mərhəmət  və bu prinsipləri mənimsəməyin bu günkü dünya üçün əhəmiyyətindən danışdı. O həmçinin, Hindistan və Azərbaycan arasında inkişaf etməkdə olan ikitərəfli əlaqələrə toxunaraq bütün fakultə üzvləri və tələbələri Səfirlik ilə fəal əlaqə saxlamağa dəvət etdi. Səfir həmçinin, fürsətdən istifadə edərək Mahatma Qandinin 150-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin təşşkilində göstərilən fəal dəstəyə görə müxtəlif dövlət qurumları və rayon icra hakimiyyətlərinə təşəkkürünü bildirdi. O, xüsusilə, sülh müdafiəçisinə ehtiram olaraq xatirə poçt markasının tədavülə buraxılışı üçün Azərmarakaya minnətdarlığını bildirdi. 

Tədbir zamanı “Mahatma Qandinin həyatına baxış” adlı Azərbaycan Rəssamlar İttifaqı tərəfindən hazırlanan rəsm albomu buraxıldı. Rəsm əsərlərində Azərbaycan Rəssamlar İttifaqının 46 üzvü Qandi töhfələrinə dair təəssüratlarını olduqca  gözəl ifadə etmişdi. Dünyanın bu tarixi hadisəni qeyd etdiyi zaman bu albom Sülh Müdafiəçisinə ehtiramın uyğun bir nümunəsi idi. Tədbir zamanı Mahatma Qandiyə həsr olunan rəsm sərgisi də təşkil olundu.

Hindistan Səfirliyi daha əvvəl Mahatma Qandinin 150-ci ildönümünün qeyd ediməsi münasibətilə rəsm sərgisi, velosiped yürüşü, ağacəkmə tədbiri də daxil olmaqla bir sıra tədbirlər təşkil etmişdir. Bakıda yerləşən universitetlər və beynəlxalq məktəblərdə də həmçinin, bir sıra tədbirlər keçirilib. Bütün bu tədbirlərin təşkilində Azərbaycan Respublikası Hökümətinin fəal dəstəyi çox dəyərlidir.